Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəklədiyini bildirib.
“Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir”, - Ştaynmayerin Azərbaycan İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibəti ünvanladığı təbrikdə deyilir.
Azərbaycan liderinin saytında dərc olunan təbrikdə Ştaynmayer qeyd edib ki, Almaniya bundan sonra da Azərbaycanın modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaq.
Almaniya prezidenti qəti şəkildə əmindir ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaq.
“Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik”, - o qeyd edib. **
V.Əliyev