Azərbaycanda koronavirus infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 727-y çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 10 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 272 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 376 nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 79 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1144 (ötən gün 828 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 610 min 914 test aparılıb.**
V.Əliyev