Şənbə günü Gürcüstan prezidenti Salome Zurabişvili RF ilə birbaşa hava əlaqəsinin bərpasına qarşı növbəti dəfə mənfi münasibət bildirib və Rusiyaya uçuşlara başlayan “Georgian Airways” aviaşirkətinə boykot elan edib.
“Mən “Airzena” (Georgian Airways) aviaşirkətinə boykot elan edirəm”, - Zurabişvili şənbə günü brifinqdə bəyan edib və vətəndaşları boykota qoşulmağa çağırıb.
Onun sözlərinə görə, aviaşirkəti yalnız varlanmaq maraqlandırır və hazırda «əhalimizin əksər hissəsi üçün qəbuledilməz olan bu yeni reallıqdan istifadə etmək istəyir».
«Mən, aviaşirkətin əlində olduğu müddətdə, onun göyərtəsindən istifadə etməkdən çəkinəcəyəm», - prezident bildirib. **