Almaniya kansleri Olaf Şolts Ukraynanın tezliklə NATO-ya daxil olmasına ümud etmir. O, Almaniyanın Welt TV telekanalına müsahibəsində bəyan edib ki, hazırda Rusiya ilə mübarizədə Ukraynaya hərbi dəstək ön plandadır.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya qoşulması «yaxın, görünən zaman baş verə bilməz». «NATO-nun özü üçün tərtib etdiyi meyarlar arasında Ukraynanın hazırda uyğun gələ bilmədiyi şərtlər çoxdur», - o bildirib.
Almaniya kansleri qeyd edib ki, Ukraynada münaqişə başa çatdıqdan sonra Alyansa üzv ölkələr Kiyev üçün hansı təhlükəsizlik təminatlarının səmərəli olacağını öyrənməlidirlər. **
V.Əliyev