ABŞ prezidenti Co Bayden bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna tərəfi F-16 təyyarələrini alacağı təqdirdə onları Rusiya ərazisinə qarşı tətbiq etməyəcəyini vəd edib.
«O, bu təyyarələrdən Rusiya ərazisinə qarşı istifadə etməyəcəklərinə əmin edib», - Bayden bazar günü Hiroşimada keçirilən sammitin yekunlarına dair mətbuat konfransında jurnalistin müvafiq sualına cavabında bildirib.
O, hansı ərazilərin Rusiyanın, hansı ərazilərin isə onun hesab etmədiyini dəqiqləşdirməyib.
Bununla yanaşı, Bayden vurğulayıb ki, F-16 yaxın gələcəkdə deyil, daha uzaq perspektivdə Ukraynaya lazım olacaq.
Misal olaraq o, münaqişə tərəflərinin, məsələn, atəşkəs barədə razılığa gəldikləri hipotetik vəziyyəti qeyd edib. Bundan sonra, Baydenin fikrincə, F-16-lar Ukraynanın yeni böhran halında müdafiə oluna biləcəyinə zəmanət verəcək.
Həmçinin, ABŞ prezidenti bu cür təyyarələrin tədarükünün yaxın perspektivdə gözlənilmədiyini açıqlayaraq izah edib ki, hazırda Kiyevin planlaşdırdığı hərbi əməliyyatlarda F-16-lara ehtiyac yoxdur. **