Azərbaycanda koronavirus infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 732-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 10 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 272 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 386 nəfər (sutka ərzində +10) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 74 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 791 (ötən gün 1141 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 611 min 705 test aparılıb.**
V.Əliyev