Avropa Parlamentinin sədri Robert Metsola bəyan edib ki, Moldova artıq Avropa inteqrasiyasına hazırdır. TV8 telekanalının məlumatına əsasən, Metsdola Kişinyovda keçirilən «Avropa Moldovası» mitinqində çıxışında bu barədə bildirib.
"Hörmətli Moldova Respublikasının vətəndaşları, əziz avropalılar, Avropa - Moldovadır. Moldova - Avropadır", - Metsola rumınca deyib.
Onun sözlərinə görə, Aİ Avropa istiqamətində Moldovanı dəstəkləyəcək. «Moldova artıq Avropa inteqrasiyasına hazırdır», - Metsola bildirib. O, həmçinin qeyd edib ki, Avropa İttifaqı «qürurlu qalan» və «Aİ dəyərlərinə inanan» Moldovanı «heç vaxt tərk etməyəcək».
Moldova 23 iyun 2022-ci ildə Avropa İttifaqına üzvlüyə namizəd statusunu əldə edib. **
V.Əliyev