Yaponiya XİN-dən bəyan edibər ki, Ukraynaya 100 ədəd özünümüdafiə qüvvələrinin avtomobili və 30 min ərzaq payı göndəriləcək.
XİN-də bildirilir ki, həmçinin Yaponiyanın baş naziri Fumio Kisida yaralı Ukrayna hərbçilərinin ölkənin özünümüdafiə qüvvələrinin hospitallarında qəbul etmək qərarı barədə bəyan edib.
Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın baş naziri Fumio Kisida ilə Ukraynaya dəstək tədbirlərini müzakirə edib.
Xüsusilə, görüş zamanı siyasətçilər Ukrayna müdafiə qüvvələrinin maddi-texniki imkanlarını müzakirə ediblər. Zelenski həmçinin Ukraynaya $7,6 milyardlıq yardıma görə Kisidaya təşəkkür edib.
Tərəflər Ukraynanın bərpası ilə bağlı Ukrayna-Yaponiya konfransının keçirilməsi barədə razılığa gəliblər. **
V.Əliyev