Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 22-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 22-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.839 manat/1EUR səviyyəsində (mayın 19-na 1.8298 manat/1EUR) müəyyən edilib.
AMB mayın 22-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0212 manat/1RUB səviyyəsində (mayın 19-na 0.0211 manat/1RUB) müəyyən edib.
Mayın 22-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0858 manat/1TRY səviyyəsində saxlanılıb.*
X.Nəsirzadə