Litva Prezidenti Gitanas Nauseda Avropa ilə Azərbaycan arasında əməkdaşlıqda müsbət dinamikanın olduğunu bildirib və qeyd edib ki, ötən il Avropa İttifaqı ilə Bakı arasında imzalanmış enerji sahəsində əməkdaşlıq sazişi Aİ-nin qış ayları üçün təchizatını təmin edib.
“Biz əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi yollarının axtarılması üçün Şərq Tərəfdaşlığı proqramının təklif etdiyi imkanlardan yararlanmalıyıq”, - deyə o, mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxışında bildirib.
BNS agentliyi xəbər verir ki, Litva Prezidentinin sözlərinə görə, Əliyevin səfəri çərçivəsində ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanıb.
Nauseda Azərbaycanı Rusiyanın beynəlxalq sanksiyalardan yayınmaması üçün bir yerdə çalışmağa çağırıb.
Öz növbəsində, Əliyev yaxın illərdə iqtisadiyyat və ticarət sahələrində işlərin sürətlə gedəcəyinə ümidvar oduğunu deyib. “Mən Aİ-Azərbaycan əməkdaşlığında göstərdiyi dəstəyə görə Litvaya təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.*