Azərbaycanda koronavirus infeksiyasına 3 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 735-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 5 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 272 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 386 nəfər (sutka ərzində +0) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 77 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 714 (ötən gün 791 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 612 min 419 test aparılıb.*
R.Kərimov