Azərbaycan iqtisadi tənəzzül dövründə Litva biznesi bazarlarının şaxələndirilməsi üçün yaxşı istiqamətdir. Litva Respublikasının Prezidenti Gitanas Nauseda belə hesab edir.
“Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Bu ilin birinci rübündə Litva iqtisadiyyatında tənəzzüllə əlaqədar biznesimizin yeni bazarlar kəşf etməsi üçün şərait yaratmaq lazımdır”, - deyə Nauseda mayın 22-də Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir.
Biznes forumda Azərbaycanın 40 müəssisə və assosiasiyasının nümayəndələri, eləcə də 50-dən çox litvalı iş adamı iştirak edib.*
R.Əhmədov