Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın heyvandarlıq məhsulları, yem və yem əlavələrinin istehsalı və saxlanması üzrə 23 müəssisəsinə Azərbaycana məhsul ixrac etmək hüququ verib.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”a istinadən xəbər verir ki, hazırda Rusiyanın 1100-dən çox müəssisəsi Azərbaycan bazarına çıxışa malikdir.
“Rosselxoznadzor” Azərbaycana məhsul ixrac etmək hüququna malik olan Rusiya müəssisələrinin siyahısının genişləndirilməsi istiqamətində işi davam etdirir.*
R.Əhmədov