Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mayın 23-də Pakistana rəsmi səfərə gedib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Səfər çərçivəsində Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub”, - məlumatda vurğulanır.
Səfər Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə həyata keçirilir. **
B.Rüstəmbəyov