Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda əlillərin və şəhid ailələrinin üzvləri üçün mənzillərin alışına dair daha bir tender elan edib.
Tenderin şərtlərinə əsasən, Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, həmçinin və Salyan, Qax, Ağsu, Ağdaş rayonlarında 1-, 2- və 3 otaqlı mənzillərin satınalınması nəzərdə tutulur.
Tender iştirak haqqı 300 manat təşkil edir.
Şirkətərdən təkliflər 10 iyul saat 15:00-dək qəbul olunur. Təkliflər zərfi 11 iyul saat 15:00-da açılacaq.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova, 85.
Əlaqə telefonu: (+99412) 526-01-01 (daxili nömrə 2637). **
X.Nəsirzadə