Azərbaycan 2023-cü ilin birinci rübündə $14 milyon 304,4 min dəyərində 22,24 min ton təzə alma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə alma ixracı miqdar ifadəsində 2 dəfə, dəyər ifadəsində 96% artıb.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 3 ay ərzində RF-yə $13 milyon 751,68 min dəyərində (artım 94,7%) 21,023 min ton təzə alma (artım 97%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan alma ixracının 94,5%-i Rusiyanın payına düşüb.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan $52 milyon 8,7 min dəyərində 82,291 min ton təzə alma ixrac edib. İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2022-ci il ərzində RF-yə $50 milyon 180,3 min dəyərində (artım 38,9%) 77,115 min ton təzə alma (artım 22,6%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan alma ixracının 93,7%-i Rusiyanın payına düşüb. **
B.Rüstəmbəyov