Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il aprelin 30-na 2 milyard 544 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 44,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Həmçinin, apreldə bankların xarici öhdəlikləri 18,2% və ya 391,9 milyon manat (martda +64,3 milyon manat) artıb.
AMB-nin məlumatına görə, aprelin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 5 milyard 467,7 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 14,9% azdır.
Həmçinin, apreldə bankların xalis xarici aktivləri 18,1% və ya 837,4 milyon manat (martda 1 milyard 734,3 milyon manat azalıb) azalıb.
2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri 10,7% artıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2023-cü il aprel ayının sonuna Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malik olub.**
R.Əhmədov