Azərbaycan 2023-cü ilin birinci rübündə 24,491 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac edilmiş pomidorun ümumi dəyəri $31 milyon 169,8 min (azalma 19.7%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Yanvar-mart aylarında Rusiyaya $28 milyon 984,53 min dəyərində 23,427 min ton pomidor (bütün ixracın 95,7%-i – İF) ixrac olunub. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə RF-yə pomidor ixracı miqdar ifadəsində 24,4%, dəyər ifadəsində 22,4% azalıb.
Azərbaycan 2022-ci ildə $167 milyon 608,53 min dəyərində 141,419 min ton pomidor ixrac edib və əsas idxalçı Rusiya olub. Ötən il bu ölkəyə $161 milyon 595,58 min dəyərində 137,586 min ton pomidor ixrac olunub.**
B.Rüstəmbəyov