Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $33,9 milyon satıb.
Mayın 18-də keçirilən hərracda banklara $19,2 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $33,9 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
2022-ci ildə ARDNF valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində vəsait (2021-ci ilin göstəricisi ilə müqayisədə azalma 30% - İF) satıb.**
B.Rüstəmbəyov