“Azərkosmos” Kosmik Agentliyi və qlobal peyk operatoru “Intelsat” şirkəti arasında kommersiya müqaviləsi imzalanıb. Bu barədə “Azərkosmos” məlumat verir.
Müqavilə Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Sənədə əsasən, “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olanQərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim edəcək.
Qeyd olunur ki, “Azerspace-2” peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə mobil şəbəkə və telekommunikasiya xidmətləri üçün olduqca əlverişlidir. **
B.Rüstəmbəyov