Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğanın ikinci tur ərəfəsində öz tərəfdaşlarına ünvanlanan hazırki dövlət başçısı Rəcəb Tayyip Ərdoğanı dəsətəkləmək çağırışı müxalifətin vahid namizədi Kemal Kılıcdaroğlunun seçkilərdə qalib gəlməsi şansının olmaması deməkdir. Türkiyəli siyasi analitik Kerim Has belə rəy bildirib.
"Oğanın Ərdoğana dəstək verdiyi bəyanat hazırkı prezidentin ikinci turda qalib gəlmək və sonunda hakimiyyətdə qalmaq şansını əhəmiyyətli dərəcədə artırır. Kılıçdaroğlunun seçkilərdə qalib gəlmək şansı qalmadı. Əgər əvvəllər Oğan və onun elektoratının ikinci tur ərəfəsində necə davranması ilə bağlı müəyyən bir intriqa olubsa, indi bu intriqa yoxdur", - Has çərşənbə axşamı "İnterfaks"a bildirib.
«Ərdoğanın Kılıçdaroğlundan daha çox səs toplayaraq birinci turda nümayiş etdirdiyi potensialı nəzərə alaraq, Oğan tərəfindən əlavə dəstək ikinci turun qarşıdakı nəticəsini aydınlaşdırır», - ekspert bəyan edib. **