Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Elmira Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, həmçinin Axundova Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılır.
Əliyev digər sərəncamla Seymur Mərdəliyevi Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Mərdəliyev yeni təyinatla əlaqədar Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb. **
R.Kərimov