Azərbaycan prezidenti İlham Əliyev məlumat verib ki, Bakı və İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə görüşləri və danışıqları davam etdirəcəklər.
Dövlət başçısının saytındakı məlumata əsasən, bu barədə Əliyev çərşənbə axşamı Bakıda ATƏT Parlament Assambleyasının (PA) sədri Marqareta Sederfelti qəbul edərkən bildirib.
Görüş zamanı Əliyev İkinci Qarabağ müharibəsi (2020-ci ilin payızında - İF) başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Bakının çıxış etdiyini vurğuladı. Onun sözlərinə görə, Bakı Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Prezident, son dövrlərdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri (1-4 may Arlinqtonda - İF), həmçinin Brüsseldə (mayın 14-də - İF) Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə dövlət başçılarının keçirdiyi görüşləri qeyd etdi, gələcəkdə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirdi.
Əliyev əlavə edib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb.
Öz növbəsində, Sederfelt nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcəklərini və ərazilərimizin yenidən qurulması prosesləri ilə tanış olacaqlarını vurğuladı.
“Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olundu”, - məlumatda deyilir. **
R.Kərimov