Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Sultan Hacıyevin Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Əliyev digər sərəncamla Hacıyevi iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edib.
Xəbər veridiyi kimi, Azərbaycan prezidenti 2022-ci ilin noyabr ayında Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliyin açılması və BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında qanun imzalayıb. **
R.Kərimov