2023-cü ilin yanvar-aprel aylarında Çin Azərbaycandan $49,786 milyon dəyərində 77,038 min ton neft koksu idxal edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, fevral ayından etibarən Çinə neft koksu tədarükünə başlanılıb.
Xüsusilə, fevralda Azərbaycan Çinə 26,431 min ton ($19,868 milyon), martda - 24,475 min ton ($14,688 milyon), apreldə - 26,132 min ton ($15,230 milyon) neft koksu ixrac edib. **
R.Kərimov