2022-ci ilin dördüncü rübündə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandan TAP ilə nəql olunan qaz alışına xərcləri 3,6 milyard avro təşkil edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Avropa Komissiyasının (AK) Avropa qaz bazarında vəziyyətlə bağlı rüblük hesabatında 2022-ci ilin birinci rübündə Aİ-yə üzv ölkələr Azərbaycandan qaz alışına 2,1 milyard avro, ikinci rübdə - 2,8 milyard avro, üçüncü rübdə - 4,7 milyard avro yönəldibər.
Beləliklə, 2022-ci ildə Aİ ölkəəri Azərbaycandan 13,2 miyard avro dəyərində qaz alıblar.
Dördüncü rübdə Aİ ölkələrinə TAP ilə Azərbaycanan qaz idxalı 27 teravat/saat, Aİ-yə qaz tədarükünün payı – tədarükün ümumi həcmindən təxminən 3.4% (2022-ci ilin 3-cü rübündə - 3,4%, 2-ci rübündə - 2,9% və 1-ci rübündə - 2,5%) təşkil edib.
Ümumilikdə, 2022-ci ilin 4-cü rübündə Aİ qaz idxalına 64 milyard avro sərf edib, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu məbləğdən təxminən 17 milyard avro Norveçdən, 6,78 milyard avro – Şimali Afrikadan (Əlcəzair və Liviya), 4,8 milyard avro – Rusiyadan, 3,6 milyard avro – TAP ilə nəqlin, 32,5 milyard avro - LNG-nin payına düşür.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.**
R.Kərimov