Azərbaycanda koronavirus infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 748-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 273 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 403 nəfər (sutka ərzində +17) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 72 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 274 (ötən gün 714 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 613 min 693 test aparılıb.**
B.Rüstəmbəyov