Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirləri Ukraynanın bu müharibədə qalib gələ bilməyəcəyini iddia edənlərlə razılaşmırlar. Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelbəyan edib.
"Nazirlər Ukraynanın bu müharibədə qalib gələ bilməyəcəyini söyləyənlərlə razılaşmırlar və biz onlara dəstəyi dayandırmalıyıq. Xeyr. Əksinə, Ukraynada işlər yaxşı gedir. Bu, Putinin sürətli qələbə planlarını qarışdırır. O, özünü müdafiə edə bilir", - o, çərşənbə axşamı Brüsseldə müdafiə nazirləri səviyyəsində Şura iclasının yekunlarına dair bildirib.
Macarıstanın baş naziri Viktor Orban çərşənbə axşamı bəyan edib ki, Ukrayna müharibədə qalib gəlmək iqtidarında deyil. **