ABŞ hesab edir ki, Rusiya Qara dəniz taxıl təşəbbüsü çərçivəsində öhdəlikləri yerinə yetirmir. Bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Mettyü Miller məlumat verib.
"Tərəflər üç limandan Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə razılıq veriblər. İndi Rusiya gəmiləri limanlardan birinə buraxmaqdan imtina edir. Bu, onun Qara dəniz taxıl təşəbbüsü ilə bağlı öhdəliklərinin açıq şəkildə pozulmasıdır", - Miller brifinqdə bildirib.
O, Rusiyanı «bu xilasetmə təşəbbüsünün normal fəaliyyətinə mane olmaqda davam etməkdə» ittiham edib və bəyan edib ki, ABŞ-ın Moskvanı qlobal ərzaq tədarükünə mane olmağa son qoymağa çağırır. **