30 aprel 2023-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 3,075 min ədəd bankomat quraşdırılıb ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Aprelin sonuna Bakıda 1599 ədəd (artım 0,5%), bölgələrdə 1476 ədəd (azalma 0,1%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 79,118 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 0,9% azdır.
Bununla yanaşı, Bakıda 54,647 min ədəd (artım 1,5%), regionlarda 24,471 min ədəd (azalma 5,9%) pos-terminal quraşdırılıb.
Hesabat dövründə pərakəndə ticarət obyektlərində 76,776 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97%-i quraşdırılıb.*
X.Nəsirzadə