Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, A.Munir Pakistanın Azərbaycan ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini və hərbi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı, üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə