“MİDA” MMC “AzİnTelecom” MMC-nin Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasında “Güzəştli mənzil” sisteminin alternativ ehtiyat mərkəzini yaradacaq.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, alternativ ehtiyat mərkəzinin yaradılması işləri “Farah Innovations” MMC tərəfindən yerinə yetiriləcək.
Müqavilənin dəyəri 1 milyon 166,076 min manatdır.
İşlərin yerinə yetirilmə müddəti 4 aydır.*
B.Rüstəmbəyov