Azərbaycan və Səudiyyə Ərəbistanı arasında energetika sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bu barədə Səudiyyə Ərəbistanında səfərdə olan energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir Səudiyyə Ərəbistanını Azərbaycanın mühüm tərəfdaşı adlandırıb.
“Enerji əməkdaşlığımız çoxşaxəli və daha əhatəli olacaq”, - deyə o qeyd edib.*
R.Əhmədov