Macarıstan ilk 100 milyon kubmetr Azərbaycan qazını 2023-cü ilin sonuna kimi almalıdır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
“Azərbaycanla siyasi razılaşma nəticəsində ticarət danışıqlarımız müəyyən dərədəcə uğurlu oldu. 2023-cü ildə Azərbaycandan Macarıstana təbii qaz tədarükünə başlanılacaq”, - deyə o, Moldovanın baş naziri Dorin Reçanla mətbuat konfransında bildirib.
Xarici KİV-in məlumatına görə, Siyarto qeyd edib ki, 2023-cü ildə Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz tədarük olunacaq. “Bu, Azərbaycanla bir neçə milyard kubmetr qazın tədarükü haqqında uzunmüddətli müqavilənin bağlanması istiqamətində ilk addımdır”, - deyə o əlavə edib.*
R.Əhmədov