İrəvanla Bakı arasında sülh sazişi ətrafında aparılan danışıqlar ehtiyatlı nikbinlik üçün əsas verir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Vaşinqton, Brüssel və Moskvada aparılan danışıqlar ehtiyatlı nikbinliyə əsas verir. Bu, mənim subyektiv qiymətləndirməmdir”, - deyə o, bu gün parlamentdə çıxışı zamanı bildirib.
Mirzoyan Ermənistanla Azərbaycan arasında danışıqların davam edəcəyinə ümidvar olduğunu deyib.*