Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Mayın 25-də onun Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə görüşü keçiriləcək.
“Paşinyan mayın 25-də Moskvada Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Səfər çərçivəsində Ermənistanın baş naziri Putinlə görüşəcək, həmçinin Paşinyan, Putin və Əliyevin üçtərəfli görüşü də nəzərdə tutulub.*