ABŞ keçirildiyi ölkədən asılı olmayaraq Azərbaycanla Ermənistan arasında danışıqları dəstəkləyir. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.
“İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən yerində bu danışıqları dəstəkləyirik”, - deyə o, bu gün brifinqdə bildirib.
Miller qeyd edib ki, Vaşinqton tərəflər arasında birbaşa danışıqları dəstəkləyir və mübahisəli məsələlərin həllinin mümkünlüyünə inanır.*