Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Görüş zamanı Xavaca Bakı il İslamabad arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Həmçinin, o, hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar”, - nazirliyin məlumatında deyilir. **
X.Nəsirzadə