Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə görüşüb. Görüş zamanı ölkədə immunizasiya xidmətlərinin inkişafı müzakirə olunub.
“Biz Azərbaycanın immunizasiya xidmətlərinin inkişafı, kənd yerlərində ana və uşaq sağlamlığının qorunması istiqamətində səylərini, həmçinin səhiyyə sahəsində qlobal təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə pandemiyalar haqqında müqaviləsinin vacibliyini müzakirə etdik», - Qebreyesus Twitter-də yazıb.
Görüş 21-30 may tarixlərində Cenevrədə (İsveçrə) keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutub. **
R.Kərimov