2022-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC əməkdaşların sayını artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi bankın illik hesabatına istinadən məlumat verir ki, 2023-cü ilin əvvəlinə ABB-də 3096 nəfə çalışıb (2021-ci ilin sonuna 2800 nəfər). Belliklə, 2022-ci il ərzində ABB-nin ştatı 10,6% artıb.
Ümumilikdə 2018-2021-ci illərdə ABB-nin ştatı 70,3% artıb.
2021-ci ildə bankın ştatı 7,1% artıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, hökumətin payı – 96,37% təşkil edir. Bankın səhmdarları 18 hüquqi və 1759 fiziki şəxsdir. **
R.Əhmədov