Rusiya prezidenti Vladimir Putin cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı ikitərəfli görüşlər keçirəcək, sonra liderlərin üçtərəfli sammiti baş tutacaq. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Onun Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla ayrı-ayrı ikitərəfli görüşləri olacaq. Bundan sonra biz gözləyirik ki, Putin-Əliyev-Paşinyan üçtərəfli görüş keçiriləcək”, - Peskov jurnalistlərə deyib. **