Nazirlər Kabineti iyun ayının sonunda ölkədə iş və bayram günlərinin yerləri dəyişdirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 24-25 iyun (şənbə-bazar) iş günləri olacaq.
Bununla əlaqədar, 27-30 iyun qeyri-iş günləri olacaq.
26 iyun tarixində Azərbaycanın Silahlı Qüvvələri Günü (qeyri-iş günü) qeyd olunur. Bundan başqa, 28-29 iyun tarixlərində Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 19-25 iyun - iş günləri, 26 iyun - 2 iyul isə - qeyri-iş günü olacaq. **
R.Əhmədov