Azərbaycan hökuməti 2023-cü ilin sonunda Şuşaya sakinlərin köçürülməsinə başlayacaq, bu mərhələ 1,5 min nəfəri əhatə edəcək. Bu barədə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçi Kənan Quliyev məlumat verib.
Azərbaycan mətbuatı Quliyevin sözlərinə istinadən xəbər verir ki, ilk sakinlərin Şuşaya qayıtması üçün ötən ilin avqust-sentyabr aylarından başlayaraq 23 bina, 450 mənzildən ibarət yaşayış kompleksinin tikintisinə start verilib. **
R.Kərimov