Rəsmi Buxarest Bakı ilə Brüssel arasında dialoqun dəstəyini davam etdirəcək. Bu barədə Rumıniya prezidenti Klaus Verner İohannis bəyan edib.
“Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcək”, - İohannis 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə qeyd edib.
O, həmçinin bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır.
“Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir. Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır”, - məktubda deyilir.
O əmindir ki, Bakı və Buxarest həm strateji tərəfdaşlıq çərçivəsində mövcud imkanlardan yararlanmaqla, həm də enerji və nəqliyyat kimi sahələrdə regional layihələri inkişaf etdirməklə inkişaf üçün mövcud potensialı istiqamətləndirə və gücləndirə biləcək. **
X.Nəsirzadə