Azərbaycanda koronavirus infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 789-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 32 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 273 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 431 nəfər (sutka ərzində +11) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 85 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 148 (ötən gün 1 235 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 616 min 76 test aparılıb.**
B.Rüstəmbəyov