Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ciddi imkanların olduğunu bəyan edib.
“Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşması üçün ciddi imkanlar mövcuddur”, - Əliyev cümə axşamı Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışında bildirib.
Əliyev tədbirdə qonaq qismində iştirak edir.
O əlavə edib ki, cümə axşamı Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutacaq. **
R.Kərimov