Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Azərbaycan prezidenti Ilham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Bakı və İrəvanın iqtisadi inkişafının maraqlarına cavab verən məsələlərə dair razılıq əldə olunacaq.
Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında qeyd edib ki, cümə axşamı keçiriləcək üçtərəfli sammitdə tərəflərin bütün məsələləri işgüzar baxımından müzakirə etmək imkanı olacaq.
RF prezidenti bildirib ki, Əliyev çıxışında Ermənistanla Azərbaycan arasında, o cümlədən nəqliyyat kommunikasiyaları ilə bağlı müvafiq razılaşmaların əldə edilə biləcəyinə əsas verən şəraitin yaradıldığını deyib.
"Həmçinin, məmnunam ki, Ermənistanın baş naziri deyib ki, Ermənistan da bu baxımdan düşünür, bunun mümkün olduğunu düşünür, müsbət düşünür. Lakin biz bu gün üçtərəfli görüşdə, düşünürəm ki, bütün bunları müzakirə edə bilərdik. Ümid edirəm ki, Ermənistanın və Azərbaycanın və bütün regionun iqtisadi inkişafı ilə bağlı maraqlara nəyin daxil olduğu barədə razılığa gələ biləcək ", - RF prezidenti bildirib.
Putin qeyd edib ki, terminologiya vacibdir, lakin ərazi bütövlüyü ilə bağlı prinsipial məsələdə də prinsipial xarakterli razılaşmaların olması daha vacibdir". "Və bu, həqiqətən, digər ikinci dərəcəli məsələlər barədə razılığa gəlmək üçün bazadır, baxmayaraq ki, onlar da mühüm önəm daşıyır. Razılaşdığımız kimi, üçtərəfli formatda hər şey haqqında sakit, işgüzar şəkildə danışmaq imkanımız olacaq və ümid edirəm ki, nəinki Ermənistan və Azərbaycan arasında, həm də bütövlükdə bölgədə vəziyyətin konstruktiv inkişaf yoluna çıxışla bağlı bəzi razılaşmalar əldə edəcəyik", - RF prezidenti bildirib. **