Mayın 25-də Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar ilə görüşüb, tərəflər Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər.
“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Bakı ilə İrəvan arasında Rusyanın köməyi ilə normallaşma yollarına dair üçtərəfli razılaşmaların icrası daxil olmaqla, Cənubi Qafqazda vəziyyət müzakirə olunub”, - RF XİN-dən məlumat verilir.
Bundan əlavə, Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivlərinə toxunulub, “3+3” Konsultativ regional platforma çərçivəsində Cənubi Qafqazda qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Nazirlikdən bildirilir ki, qarşılıqlı maraq kəsb edən bir sıra digər mövzulara dair fikir mübadiləsi aparılıb. **
R.Əhmədov