Cənubi Qafqazda vəziyyət çətinliklərə baxmayaraq, nizamlanma istiqamətində inkişaf edir, Ermənistanla Azərbaycan arasında qalan məsələlər texniki xarakter daşıyır və aradan qaldırıla bilər. Bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Bütövlükdə, hələ kifayət qədər mövcud çətinlik və problemlərə baxmayaraq, vəziyyət nizamlaanmya doğru inkişaf edir”, -Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş zamanı deyib.
“İndiyədək həll olunmamış məsələlər qalmaqdadır, lakin, zənnimcə, biz həm Azərbaycan tərəfindən həmkarlarla, həm də Ermənistan tərəfindən həmkarlarla bu barədə danışmışıq, onlar sırf texniki xarakter daşıyır”, - RF prezidenti davam edib.
Putinin sözlərinə görə, “məsələ terminologiyalardır”.
“Əlbəttə ki, bu terminlərin arxasında müvafiq sənədlərin imzalanmasından sonra baş verəcək reallıqların və hadisələrin dəqiq anlayışı olmalıdır, amma bizim fikrimizcə, üçümüzü də nəzərdə tuturam, bunlar, aşılacaq maneələrdir. Demək olar ki, onlar mövcud deyil. Bu sırf texniki məsələlərdir", - o əlavə edib. **
İnformasiya şöbəsi