RF, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri bir həftədən sonra görüşüb Cənubi Qafqazda nqliyyat kommunikasiyaların açılması ilə əlaqədar qalan məsələləri yekunlaşdıracaqlar.
RF prezidenti Valimir Putin Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə qeyd edib ki, nəqliyyat kommunikasiyaların açılmasında qalan problemlər sırf texniki xarakter daşıyır. O bildirib ki, hər üç iştirakçının rəyinə görə, bu aşılacaq aşılacaq maneədir.
“Buna görə biz indi yaxın zamanda – bir həftədən sonra, həmkarlarımdan bu tarixi razılaşdırmağı xahiş edəcəyəm, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşüb, belə deyək, “təmizlənməmiş” məsələləri həll edəcəklərinə dair razılığa gəldik”, - Putin deyib.
RF prezidenti vurğulayıb ki, bu, indiyədək həll olunmamış məsələlərin həllinə ümid verən yaxşı bir razılaşmadır.
Putin, Azərbaycan və Ermənistan tərəflərinə müraciət edərək baş nazirlərin müavinlərinin görüşünə hazırlıq üçün bu vaxtın onları qane etməsi ilə bağlı suala müsbət cavablar alıb. **